"Səbail" komandası Mbup Babakarı heyətinə cəlb etdi
İdman
"Səbail" komandası hücumçu Mbup Babakarı heyətinə cəlb edib.
Bu barədə News24.az-a paytaxt təmsilçisinin mətbuat xidmətindən bildirilib.
24 yaşlı hücumçu ilə "1+1" illik müqavilə bağlanıb.
Qeyd edək ki, Mbup Babakarın son klubu Serbiya Superliqasında çıxış edən "Radniçki" olub.