"Səbail" Rubin Seyidovu transfer etdi
İdman
"Səbail" növbəti transferini reallaşdırıb.
Bu barədə News24.az-a Bakı klubundan məlumat verilib.
Paytaxt təmsilçisi son olaraq "Baku Sportinq"də çıxış etmiş 28 yaşlı müdafiəçi Rubin Seyidovla "1+1" illik müqavilə imzalayıb.
Qeyd edək ki, R.Seyidov daha əvvəl də "Səbail"in şərəfini qoruyub.