"Səfərdə qalib gəlməyə gücümüz var" - Qurban Qurbanov
İdman
"Rəqiblər hər mövsüm həm heyət, həm də oyun üslubu baxımından dəyişirlər və komanda hər zaman özünü inkişaf etdirməyə çalışmalıdır".
News24.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının ll təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - ÇSKA oyunundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
Onun sözlərinə görə, "Qarabağ" hər zaman düşündüyümüzdəm daha güclü olmalıdır: "Bütün rəqiblər bizə hörmətlə yanaşır. Biz də hər oyuna maksimum ciddi və məsuliyyətlə hazırlaşırıq.
Cavab oyunu səfərdə keçiriləcək. Rəqib komanda bu görüşdə öz futbolçularının çıxışından razı qalmışdı. Biz isə səfərə qələbə qazanmaq üçün gedəcəyik. Hər iki komanda köklü tarixə və Avropa təcrübəsinə malikdir. İlk oyunda əldə etdiyimiz nəticə bizə əlavə motivasiya verdi. Buna görə də cavab qarşılaşmasında daha diqqətli və ehtiyatlı oynamalıyıq. İnanıram ki, rəqibə qalib gələcək gücümüz var.
Oyunu təhlil etdikdən sonra heyətlə bağlı yekun qərarlar verəcəyik. Qol epizodlarının az olmasının müxtəlif səbəbləri var. Rəqib fiziki cəhətdən güclü və müdafiədə etibarlı çıxış etdi. Bununla belə, bəzi çatışmazlıqları öz oyunumuzda axtarmalı və onları aradan qaldırmalıyıq".