"Seltik"in baş məşqçisi Kamilo Duranın transferini açıqladı

"Seltik"in baş məşqçisi Kamilo Duranın transferini açıqladı İdman

Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Martin O'Nil "Qarabağ"ın futbolçusu Kamilo Duranı transfer etməyə yaxın olduqlarını təsdiqləyib.

News24.az xəbər verir ki, mütəxəssis klubun televiziyasına açıqlamasında kolumbiyalı hücumameyilli yarımmüdafiəçinin tibbi müayinədən keçdiyini bildirib. Onun sözlərinə görə, müayinənin bu gün başa çatdırılması nəzərdə tutulub.

Martin O'Nil 24 yaşlı vingerin tezliklə komandaya qoşulacağını söyləyib: “O, çox gəncdir. Düşünürəm ki, yaxşı oyun göstərə bilər. Öz mövqeyində kifayət qədər güclüdür”.

Qeyd edək ki, Kamilo Duran "Qarabağ"a ötən ilin yayında Portuqaliyanın "Portimonense" klubundan transfer olunub. Hücumçu Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 48 oyunda 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, UEFA Çempionlar Liqasında 10 matçda 5 dəfə fərqlənib.