Şevçenko UEFA-da bu posta rəsmən namizəd oldu

Şevçenko UEFA-da bu posta rəsmən namizəd oldu İdman

Ukrayna Futbol Assosiasiyasının prezidenti (UAF) Andrey Şevçenko qurumun İcraiyyə Komitəsi tərəfindən UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizəd kimi irəli sürülüb.

 News24.az xəbər verir ki, bu barədə UAF-ın rəsmi saytı məlumat yayıb.

Qərar cümə günü UAF İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Şevçenko UEFA İK-də iki illik səlahiyyət müddəti olan vəzifəyə müraciət edəcək.

İcraiyyə Komitəsi həmçinin 2025-ci il aprelin 3-də Belqradda (Serbiya) keçiriləcək UEFA-nın 49-cu Konqresinə UAF-dan nümayəndələr seçib.

Onlar UAF prezidenti Andrey Şevçenko, UAF-ın vitse-prezidenti Aleksandr Şevçenko və UAF-ın baş katibi İqor Qrışşenkodur./fanat.az