“Sinsinnati” Neymar üçün danışıqlara başladı
İdman
ABŞ təmsilçisi "Sinsinnati" braziliyalı ulduz Neymar üçün ilkin danışıqlara başlayıb.
News24.az xəbər verir ki, klub bu transferin mümkünlüyünü və futbolçunun marağını qiymətləndirir. Neymar hazırda "Santos" ilə müqavilə altındadır və anlaşması 2026-cı ilin sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Neymar daha əvvəl də ABŞ-yə köçmək istəyib və "Çikaqo Fayr" ilə ciddi danışıqlar aparıb. Lakin o, sonda uşaqlıq klubu “Santos”a qayıtmağı seçmişdi.
Hazırda isə MLS variantı yenidən gündəmə gəlib və qarşıdakı aylarda bu transferlə bağlı daha konkret addımların atılması gözlənilir.