Onun müdafiəsinə görün kim - qalxdı

Onun müdafiəsinə görün kim - qalxdı İdman

"Liverpul"un baş məşqçisi Arne Slot Premyer Liqanın 20-ci turunun "Mançester Yunayted"lə ev oyununda heç-heçə (2:2) ilə nəticələnən uğursuz çıxışından sonra sağ cinah müdafiəçisi Trent Alexander-Arnoldun müdafiəsinə qalxıb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçinin açıqlaması belə olub:

“Hamımız oyunumuzdan məyus olduq. Trent ən yaxşı matçını oynamadı. O, bu klubda çox yaxşı matçlar keçirir, lakin son oyunda da yaxşı çıxış etmədi. Ancaq o, bizim üçün çox lazımlı futbolçudur".

Xatırladaq ki, 2024/2025 mövsümünün Premyer Liqa turnir cədvəlinə 19 oyundan sonra 46 xalı olan "Liverpul" başçılıq edir. “Mançester Yunayted” 20 oyundan sonra 23 xalla 13-cü yerdədir.

Ağa Dadaşzadə