“Sportinq”-“Qalatasaray” bu məşhur hakim idarə edəcək
İdman
UEFA Çempionlar Liqasının açılış turunda keçiriləcək “Sportinq” – “Qalatasaray” matçının baş hakimi müəyyənləşib.
News24.az xəbər verir ki, sentyabrın 9-da Lissabondakı “Jose Alvalade” stadionunda keçiriləcək qarşılaşmanı norveçli Espen Eskas idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Eskasa həmyerliləri Yan Erik Engan və Alf Olav Rossland kömək edəcək. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.
VAR otağında almaniyalı Kristian Dingert çalışacaq. Ona belçikalı Bram Van Driesşe kömək edəcək.