Su biznesinə 10 milyon avro xərclədi
İdman
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub.
News24.az xəbər verir ki, bu barədə "Sic Noticias" məlumat yayıb.
Futbolçunun yeni biznesdə tərəfdaşı "Grupo Ouhterinho" şirkəti olub.
Layihəyə ümumi sərmayə həcmi 20 milyon avroya çatıb.
Suyun çıxarılmasının Braqansada təşkil olunması planlaşdırılır.
Zavodun tikintisinin başa çatması və brendin bazara çıxarılması 2027-ci ilin sonuna gözlənilir.
Bundan əvvəl 41 yaşlı Ronaldu 2023-cü ilin yayında Madriddə təqdim olunan "Ursu9" su brendinin şərikli mülkiyyətçisi olub.