"Sumqayıt" "İmişli"ni məğlub etdi

"Sumqayıt" "İmişli"ni məğlub etdi İdman

Misli Premyer Liqasında XXIX tura start verilib.

News24.az xəbər verir ki, turun açılış matçında "İmişli" "Sumqayıt"ı qəbul edib.

Quba Olimpiya İdman Kompleksində keçirilən görüş, Sumqayıt komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aleksandr Ramalinqom 34 və 85-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb. Bu nəticədən sonra "Sumqayıt" 38 xalla 7-ci pillədə yer alıb. 9-cu yerdə olan "İmişli"nin isə 29 xalı var.

Qeyd edək ki, XXIX tura aprelin 27-də yekun vurulacaq.