"Sumqayıt"ın zədələnən futbolçusunun vəziyyəti AÇIQLANDI
İdman
"Sumqayıt"ın futbolçusu Nsana Simonun vəziyyəti açıqlanıb.
Bu barədə News24.az-a klubun mətbuat katibi Zaur Xudiyev məlumat verib.
Onun sözlərinə görə, oyununçunun zədəsi ciddi deyil:
"Həkimlər bu gün məşqə çıxmağa icazə vermir. Sabahdan məşqlərə davam edəcək. Zədəsi sadəcə əzələ spazmı idi. İndi hərşey qaydasındadır".
Qeyd edək ki, fransalı yarımmüdafiəçi Misli Premyer Liqasının XXVII turunda "Turan Tovuz"a qarşı keçirilən matçın 32-ci dəqiqəsində zədələnərək məcburi əvəzlənib.