İsveçrə – Bosniya və Herseqovina matçı: 15 dəqiqəyə BEŞ QOL
İdman
İsveçrə və Bosniya və Herseqovina qarşılaşması böyük hesablı fərqlə başa çatıb.
News24.az xəbər verir ki, İsveçrə millisi 4:1 hesabı ilə matçdan qalib kimi ayrılıb.
**00:56
İsveçrə 90+7 dəqiqədə penalti zərbəsi ilə hesabına 4-cü qolu yazdıra bilib.
News24.az xəbər verir ki, qolun müəllifi Qranit Xaka olub.
**00:51
Bosniya və Herseqovina qarşılaşmanın 90+3 dəqiqəsində rəqib qapısından top keçirə bilib.
News24.az xəbər verir ki, qolun müəllifi Ermin Mahmiş olub.
**00:48
İsveçrə top fərqini 3-ə qaldırıb.
News24.az xəbər verir ki, oyunun 90-cı dəqiqəsində Manzambi özünün 2-ci, komandasının isə 3-cü qolunu vurub.
**00:43
İsveçrə hesabına ikinci qolunu yazdırıb.
News24.az xəbər verir ki, qarşılaşmanın 84-cü dəqiqəsində millinin ikinci qoluna Ruben Varqas imza atıb.
**00:33
Manzambi İsveçrəni top hesabında irəli aparıb.
News24.az xəbər verir ki, oyunun ikinci hissəsində – 74-cü dəqiqədə qarşılaşmanın ilk qolu vurulub.
İsveçrə 1 - 0 Bosniya və Herseqovina
**23:00
Futbol üzrə dünya çempionatının B qrupunda növbəti oyun keçirilir.
News24.az xəbər verir ki, ABŞ-nin Los-Anceles stadionunda İsveçrə Bosniya və Herseqovina millisi ilə qarşılaşır.