Tanınmış fitnes məşqçisi Həsənov saxlanıldı

Tanınmış fitnes məşqçisi Həsənov saxlanıldı İdman

ABŞ-də immiqrasiya rəsmiləri rusiyalı fitness məşqçisi Esin Həsənovu evindən zibil atmaq üçün çıxdığı zaman saxlayıblar.

News24.az xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Həsənov 2022-ci ilin mayında həyat yoldaşı və iki yaşlı oğlu ilə birlikdə Filadelfiyaya köçüb. ABŞ-də fitness məşqçisi kimi fəaliyyət göstərən şəxsin 2026-cı ilin oktyabrınadək hər hansı cinayət qeydinin olmadığı bildirilir.

Nəşrin məlumatına görə, qonşuların onun həyat yoldaşı ilə tez-tez səs-küylü mübahisələr etməsi barədə şikayətlərindən sonra polis Həsənovu saxlayıb.

O, digər şəxslərə hücum etməkdə və onların təhlükəsizliyini təhdid etməkdə ittiham olunaraq girov müqabilində sərbəst buraxılıb.

Lakin bir neçə gün sonra Həsənov bu dəfə ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşları tərəfindən yenidən saxlanılıb.