Tanınmış jurnalistə yüksək vəzifə verildi
İdman
Səbail” Futbol Klubunda yeni təyinat gerçəkləşib.
News24.az xəbər verir ki, tanınmış idman jurnalisti Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Emin Abbasov daha əvvəl “Xəzər” və “Sabah” klublarının idarəetmə strukturlarında fəaliyyət göstərib.
Xatırladaq ki, "Səbail" klubu Azərbaycan Çempionatının I Liqasında çıxış edir.