Tarixə düşən qol…

Tarixə düşən qol… İdman

Konqo Demokratik Respublikası millisi futbol üzrə dünya çempionatları tarixində ilk qolunu vurub.

News24.az xəbər verir ki, 2026-cı il dünya çempionatının qrup mərhələsində Portuqaliya ilə qarşılaşan Afrika təmsilçisi tarixi uğura imza atıb. Matçın 6-cı dəqiqəsində Portuqaliya yığmasını yarımmüdafiəçi Neves hesabda önə çıxarıb. İlk hissəyə əlavə olunmuş 5-ci dəqiqədə isə konqolu hücumçu Vissa hesabı bərabərləşdirərək komandasının dünya çempionatları tarixində ilk qolunu vurub.

Konqo Demokratik Respublikası mundiallarda ikinci dəfə iştirak edir. Komanda ilk dəfə 1974-cü ildə, ölkənin Zair adlandığı dövrdə dünya çempionatına qatılmışdı. Həmin vaxt afrikalılar qrup mərhələsində Şotlandiyaya 0:2, Yuqoslaviyaya 0:9 və Braziliyaya 0:3 hesabı ilə məğlub olmuşdular.

Konqo Demokratik Respublikası millisi qrupdakı növbəti oyunlarını iyunun 24-də Kolumbiyaya, iyunun 28-də isə Özbəkistana qarşı keçirəcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunur. Turnir iyulun 19-da başa çatacaq.