Tarık Biberoviç “Fənərbağça” ilə vidalaşdı
İdman
“Dallas Mavericks”ə keçən Tarık Biberoviç “Fənərbağça” ilə vidalaşıb.
News24.az xəbər verir ki, milli basketbolçu “Fənərbağça”nın məşqinə baş çəkərək baş məşqçi, komanda yoldaşları və klubun əməkdaşları ilə sağollaşıb.
Biberoviç vida zamanı “Fənərbağça”nın onun üçün ailə və ev olduğunu bildirib.
“Fənərbağçanı çox sevirəm. Bu mənim evimdir. Mənə etdiklərinizi heç vaxt unutmayacağam. Ümid edirəm ki, ‘Fənərbağça"nı NBA-da ən yaxşı şəkildə təmsil edəcəyəm”, – basketbolçu deyib.
Tarık Biberoviç həmçinin gələcəkdə “Fənərbağça”ya qayıtmaq istədiyini vurğulayıb