Təcili yardım gəlmədi, matç ləğv edildi
İdman
Türkiyənin Mersin bölgəsində Regional Həvəskarlar Liqasına vəsiqə uğrunda keçiriləcək "Anamur Bələdiyyəspor" – "Akdeniz Bələdiyyəspor" oyunu baş tutmayıb.
News24.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası qaydalarına əsasən, stadionda təcili yardım maşınının olması məcburidir. Lakin matçın başlanacağı vaxtadək təcili yardım avtomobili stadiona gəlməyib.
Hakimlər xeyli gözlədikdən sonra təcili yardım avtomobilinin gəlmədiyini görüb oyunun ləğv edilməsinə qərar veriblər.
Qərardan narazı qalan azarkeşlər tribunadan sərt şəkildə etiraz ediblər.