Tovuz və Sumqayıtda 27-ci tura yekun vurulacaq

Tovuz və Sumqayıtda 27-ci tura yekun vurulacaq İdman



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasımda 27-ci tura yekun vurulacaq.

News24.az xəbər verir ki, son 2 oyunda Tovuzun eyniadlı komandası "Qarabağ"ı qəbul edəcək.

Meydan sahibləri 35 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu 63 xalla liderdir.

Tura "Sumqayıt" - "Sabah" qarşılaşması ilə yekun vurulacaq. "Gənclik şəhəri" təmsilçisi 39 xalla 4-cü, qonaqlar 37 xalla 5-ci yerdədir.