"Trabzonspor" çempionluq yarışına qoşuldu
İdman
"Trabzonspor" çətin dövrdən sonra yenidən çempionluq yarışına qoşulub.
News24.az xəbər verir ki, komanda ötən mövsüm zəif nəticələr göstərərək liqada geriləsə də, baş məşqçi Fatih Təkkənin gəlişindən sonra dirçəlməyə başlayıb. Onun rəhbərliyi altında komanda daha sabit və uğurlu çıxış edib.
Cari mövsümdə "Trabzonspor" 28 həftədən sonra 63 xal toplayaraq turnir cədvəlində ilk sıralarda yer alıb və çempionluq uğrunda mübarizəni davam etdirir. Komanda hazırda həm "Qalatasaray", həm də "Fənərbağça" ilə rəqabət aparır.