Transfer qalmaqalı: "Atletiko"dan "Barselona"ya sərt reaksiya

Transfer qalmaqalı: "Atletiko"dan "Barselona"ya sərt reaksiya İdman

"Atletiko Madrid" rəhbərliyi hücumçu Xulian Alvarezin transferi ilə bağlı "Barselona"nın təkliflərinə müsbət yanaşmayıb.

News24.az-ın verdiyi xəbərə görə, Madrid klubu futbolçunu satışa çıxarmadığını bildirib və Kataloniya təmsilçisinin 500 milyon avro civarında qiymətləndirilən təklifini rədd edib.

"Barselona"nın argentinalı hücumçunu Robert Levandovskinin uzunmüddətli əvəzləyicisi kimi transfer etmək istədiyi qeyd olunur, lakin "Atletiko"nun sərt mövqeyi danışıqları çətinləşdirib.