"Turan" ÇL-in qrup mərhələsinə vəsiqə qazandı
İdman
Voleybolçu qadınlardan ibarət "Turan" klubu Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.
News24.azxəbər verir ki, təmsilçimiz bu gün 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritza Plovdiv" klubu ilə cavab matçına çıxıb.
Tovuz Olimpiya İdman Kompleksində təşkil olunan görüş təmsilçimizin üstünlüyü ilə keçib. Cütün Bolqarıstanda keçirilən ilk görüşündə olduğu kimi bu dəfə də "Turan" 3:0 hesabı ilə qələbə qazanıb. Hər iki oyunda rəqibini məğlub edən komandamız Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bununla həm ölkəmiz 8 illik fasilədən sonra yenidən qitənin ən nüfuzlu turnirinin qrup mərhələsində təmsil olunacaq.
Qeyd edək ki, "Turan" D qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri İtaliyanın "Savino del Bene Scandicci", Türkiyənin "Eczacibaşı" və Serbiyanın "Tent Obrenovac" klubları olacaq. Qrup mərhələsinə isə noyabrın 24-də start veriləcək.