“Turan Tovuz” 32 il sonra rəsmən avrokuboklarda
İdman
Bu gün Misli Premyer Liqasında 31-ci turun daha bir oyunu keçirilib.
News24.az xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Karvan-Yevlax”la qarşılaşıb.
Kurban Berdıyevin komandası bu görüşdə 1:0 hesablı qələbə qazanıb.
Yeganə qolu 45+1-ci dəqiqədə Ayxan Hüseynov vurub.
Bununla da “Turan Tovuz”un avrokuboklarda iştirakı dəqiqləşib.
Onlar 32 il sonra qitə turnirlərində iştirak edəcək.(qafqazinfo)