"Turan Tovuz" - "İmişli" matçının keçirilmə yeri dəyişdirildi

"Turan Tovuz" - "İmişli" matçının keçirilmə yeri dəyişdirildi İdman

Oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqası çərçivəsində "Turan"– "Mladost" (Xorvatiya) qarşılaşmasının keçirilməsi ilə əlaqədar "Turan Tovuz" futbol klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Bu barədə News24.az-a PFL-dən məlumat verilib.

Klub müraciətində Misli Premyer Liqasının VIII turunda, oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan "Turan Tovuz" – "İmişli" qarşılaşması ilə XVIII turda baş tutacaq "İmişli" – "Turan Tovuz" matçının keçirilmə yerlərinin dəyişdirilməsini xahiş edib.

PFL "Turan Tovuz" klubunun müraciətini və "İmişli"nin razılıq məktubunu nəzərə alaraq, ölkəmizdə keçiriləcək Çempionlar Liqası qarşılaşmasının daha yaxşı təşkil olunması məqsədilə komandalar arasında I və II dövrələrdə keçiriləcək oyunların yerini dəyişib.

Beləliklə, Misli Premyer Liqasının VIII turunda "Turan Tovuz" – "İmişli" oyunu oktyabrın 18-də saat 15:00-da Yevlax şəhər stadionunda keçiriləcək.