"Turan Tovuz" qələbə qazandı

"Turan Tovuz" qələbə qazandı İdman

Misli Premyer Liqasının XXVII turunda "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib.

News24.az xəbər verir ki, qarşılaşma qərb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tovuz şəhər stadionunda baş tutan matçda ilk qol 9-cu dəqiqədə vurulub. Ev sahiblərinin heyətində Filip Ozobiç hesabı açıb. 50-ci dəqiqədə fərq iki topa yüksəlib. Joarlem Santos hədəfi düzgün nişan alıb. Qonaqlar buraxılan qollardan birinin əvəzini 64-cü dəqiqədə çıxıb. Rayan Senhadji başla dəqiq oynayıb. Bu qol qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv xallarının sayını 52-yə çatdıraraq üçüncü pillədəki yerini möhkəmləndirib. "Sumqayıt" isə 32 xalla yeddincidir.

Turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1), "İmişli" "Qəbələ"ni (1:0) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.