“Turan Tovuz”un futbolçusu Moldova yığmasına dəvət aldı

“Turan Tovuz”un futbolçusu Moldova yığmasına dəvət aldı İdman

“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb.

Klubdan News24.az-a verilən məlumata görə, müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C qrupu çərçivəsində noyabr ayında keçirəcəyi oyunlar üçün açıqlanan heyətdə yer alıb.

Moldova millisi noyabrın 13-də doğma meydanda Qazaxıstanı qəbul edəcək, noyabrın 16-da isə səfərdə Farer adaları ilə qarşılaşacaq.