Türkiyə azarkeşlərindən təyyarədə coşğu

Türkiyə azarkeşlərindən təyyarədə coşğu İdman

Türkiyə millisinin 2026-cı il Dünya Kubokunda Paraqvayla keçirəcəyi oyun öncəsi azarkeşlər San-Fransiskoya axın ediblər.

News24.az xəbər verir ki, türk azarkeşlər səfər zamanı təyyarədə milli komandaya dəstəklərini nümayiş etdirərək himn səsləndiriblər.

Qeyd edək ki, Türkiyə D qrupundakı ikinci oyununda Paraqvayla qarşılaşacaq.