Türkiyə mətbuatından SENSASİON iddia: Salahla ilkin razılıq əldə olunub
İdman
İngiltərənin “Liverpul” klubundan ayrılan misirli futbolçu Məhəmməd Salahın Türkiyənin “Fənərbağça” klubu ilə ilkin razılıq əldə etdiyi bildirilir.
News24.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, İstanbul təmsilçisinin prezidentliyinə namizədlərdən biri seçilsə, transferin rəsmi açıqlanacağı bildirilir.
33 yaşlı hücumçu ilə illik 20 milyon avro maaş qarşılığında 1+1 illik müqavilə üzrə prinsipial anlaşmanın əldə olunduğu iddia edilir.
İddialara görə, prezidentliyə namizəd Hakan Safi seçkidən sonra vəzifəyə gəldiyi halda Məhəmməd Salahın transferini rəsmən elan edəcək.
Hazırda futbolçunun transfer dəyərinin 30 milyon avro olduğu bildirilir.