Türkiyə millisi Dünya Çempionatında!
İdman
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyununda Türkiyə və Kosova milli komandaları üz-üzə gəlib.
News24.az xəbər verir ki, oyun Türkiyə millisinin rəqib üzərində 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 54-cü dəqiqəsində Kərəm Aktürkoğlu hesabı açıb və bu, oyun müddətində vurulan yeganə qol olub. Bununla da Türkiyə 24 il sonra Dünya Çempionatına vəsiqə qazanıb.