Türkiyə millisi Dünya Kuboku ilə erkən vidalaşdı

Türkiyə millisi Dünya Kuboku ilə erkən vidalaşdı İdman

Futbol üzrə 2026-cı il dünya çempionatında Türkiyə millisi qrup mərhələsində ikinci məğlubiyyətini alıb.

News24.az xəbər verir ki, D qrupunun II turunda Paraqvayla qarşılaşan "ay-ulduzlu"lar rəqibinə 0:1 hesabı ilə uduzub.

San-Fransiskodakı Bay Arena stadionunda keçirilən görüşdə yeganə qolu 2-ci dəqiqədə Matias Qalarsa vurub.

Matçın 45+3-cü dəqiqəsində Paraqvayın futbolçusu Miqel Almiron qeyri-idman davranışına görə qırmızı vərəqə alaraq meydandan qovulub.

Qrupun digər oyununda ABŞ millisi Avstraliyanı 2:0 hesabı ilə məğlub edib.

Beləliklə, ilk iki oyunda məğlub olan Türkiyə yığmasının növbəti mərhələyə yüksəlmək şansı qalmayıb və komanda dünya çempionatı ilə erkən vidalaşıb.