Türkiyə millisinin futbolçusu Kənan Yıldız "Arsenal"ın hədəfində
İdman
İngiltərənin “Arsenal” klubu Türkiyə millisinin gənc ulduzu Kənan Yıldızla bağlı “Yuventus”a sorğu göndərib.
News24.az xəbər verir ki, İtaliya klubunun futbolçunun transferi ilə bağlı mövqeyi isə dəyişməz qalıb. “Yuventus” rəhbərliyi Kenan Yıldızın satılmadığını və komandada qalacağını bildirib.
Məlumata görə, London klubu yeni sol cinah oyunçusu axtarışları çərçivəsində 21 yaşlı futbolçunun vəziyyəti ilə maraqlansa da, rədd cavabı alıb və alternativ variantlara yönəlib.