Türkiyəli futbolçu "Mançester Yunayted"in - TARİXİNƏ DÜŞDÜ

Türkiyəli futbolçu "Mançester Yunayted"in - TARİXİNƏ DÜŞDÜ İdman


Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin "Mançester Yunayted" klubunun tarixinə düşüb.

R TV-nin məlumatına görə, qolkiper "Nyuport Kaunti"yə qarşı keçirdikləri ölkə kubokunun 4-cü tur oyununa start heyətində başlayacaq.

O, "qırmızı-şeytanlar"da meydana çıxış edən ilk türkiyəli oyunçu olub.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:30-da start götürüb.

Aslan Nadiroğlu