Türkiyəli futbolçu vəfat etdi

Türkiyəli futbolçu vəfat etdi İdman

Türkiyənin "Ankara Keçiörengücü" klubunun gənclərdən ibarət komandasının futbolçusu Abdullah Sultanoğlu 16 yaşında yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

News24.az xəbər verir ki, məlumata görə, şənbə günü motosiklet idarə edən oyunçu qəzaya düşüb. Ona ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, "Ankara Keçiörengücü" Türkiyənin gücünə görə ikinci divizionunda çıxış edir. (Oxu.az)