Türkiyənin baş məşqçisi: Növbəti oyunda daha yaxşısını edəcəyik

Türkiyənin baş məşqçisi: Növbəti oyunda daha yaxşısını edəcəyik İdman

Futbol üzrə dünya çempionatında Türkiyə millisi Avstraliyaya 2:0 hesabı ilə uduzandan sonra məğlub komandanın baş məşqçisi Vinçentso Montella açıqlama verib.

News24.az xəbər verir ki, Montella oyunun gözlənildiyindən fərqli keçmədiyini bildirib.

"Oyun taktiki olaraq gözlədiyimizdən fərqli keçməyib", - o bildirib və əlavə edib ki, rəqib əks-hücumlardan yaxşı yararlanıb:

"İki qol buraxdıq, çox üzgünük. Komanda ruhunu meydana əks etdirdik, ürəklə oynadıq. Buna davam etsək, istədiyimiz nəticələri almağa başlayarıq.

Növbəti oyunda daha yaxşısını edəcəyik".