Türkiyənin futbol tarixində ilk - 40 ölkədə yayımlanacaq
İdman
Məhəmməd Salahın transferi ilə böyük səs-küy yaradan “Trabzonspor”un mövsümün ilk turunda “Kasımpaşa” ilə keçirəcəyi qarşılaşma beynəlxalq futbol hadisəsinə çevrilib.
News24.az xəbər verir ki, yayımçı qurum yeni mövsümün tanıtımında müxtəlif liqalardan məşhur futbolçulara yer verərkən, “Trabzonspor”dan Məhəmməd Salahı da reklam afişasına daxil edib.
Salahın transferi yalnız Türkiyədə deyil, dünya futbol ictimaiyyətində də böyük maraq doğurub.
Yayımçı qurum beynəlxalq səviyyədə rekord sayda maraq olduğu üçün “Kasımpaşa” – “Trabzonspor” qarşılaşmasını 40 ölkədə eyni vaxtda canlı yayımlamağa hazırlaşır.
Xüsusilə Salahın vətəni Misirdə oyuna marağın yüksək olduğu bildirilir.
Məlumata görə, Türkiyə futbolunda ilk dəfə bir liqa oyunu bu qədər geniş coğrafiyada və belə yüksək beynəlxalq maraqla yayımlanacaq.