Türkiyənin məşhur klubu baş məşqçi ilə yollarını ayırdı

Türkiyənin məşhur klubu baş məşqçi ilə yollarını ayırdı İdman

Türkiyənin "Beşiktaş" futbol klubu baş məşqçi Sergen Yalçın ilə yollarını ayırıb.

News24.az xəbər verir ki, qərarın klub prezidenti Serdal Adalı ilə Sergen Yalçın arasında keçirilən görüşdən sonra verildiyi bildirilib.

Klubun yaydığı açıqlamada tərəflərin qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son verdiyi qeyd olunub.

“Beşiktaş” rəhbərliyi Sergen Yalçına kluba verdiyi töhfələrə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.