Turniri qazandığımız üçün sevinirik – Ayxan Abbasov

Turniri qazandığımız üçün sevinirik – Ayxan Abbasov İdman

“Stadionda gözəl atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm”.

News24.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “FIFA Series-2026” turnirinin finalında Syerra Leone yığmasını məğlub etdikləri oyundan (1:1, penaltilərdə 9:8) sonra keçirilən mətbuat konfransında deyib.

“İlk hissə səhvlərimiz oldu. Hücumda sonluğu gətirə bilmirdik. Rəqib hesabı açdıqdan sonra müdafiədə daha yaxşı oynamağa başladı. Fasilədən sonra əvəzetmə etdikdən sonra hesabı bərabərləşdirə bildik. Azarkeşlər çoxdandır belə oyun izləmirdi. Turniri qazandığımız üçün sevinirik. Millətlər Liqasına hazır olmaq üçün çalışmağa davam etməliyik. Futbolçularım penaltilər seriyasında soyuqqanlıqlarını göstərdilər. Bu da bir təcrübə idi. Millidə komandadaxili rəqabət var. Bir neçə futbolçunu ilk dəfə idi yaxından izləyirdik. İnanıram ki, Premyer Liqada bizi təəccübləndirən yeni futbolçular olacaq. Xarici ölkələrdə də çıxış edən azərbaycanlı futbolçuları daima izləyirik. Milliyə can atan futbolçu üçün qapılarımız açıqdır”, - deyə Abbasov bildirib. (Teleqraf)