UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyunu heç-heçə bitdi - YENİLƏNDİ 2
İdman
UEFA Avropa Liqasının ll təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - ÇSKA oyunu start götürüb.
News24.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Sofiya təmsilçisi ÇSKA-nı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir.
Matçı italiyalı FIFA referisi Daniele Kiffi idarə edəcək.
Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.
20:00
UEFA Avropa Liqasının ll təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - ÇSKA oyununda ikinci hissə başlıyıb.
News24.az xəbər verir ki, qarşılaşmada hələ hesab açılmayıb - 0:0
Qeyd edək ki, Ağdam təmsilçisi Sofiya təmsilçisi ÇSKA-nı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir.
21:05
UEFA Avropa Liqasının ll təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - ÇSKA oyunu heç-heçə bitib.
News24.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Sofiya təmsilçisi ÇSKA-nı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.
Matçı italiyalı FIFA referisi Daniele Kiffi idarə edib.
Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.