UEFA Çempionlar Liqası: "Sabah" rəqibini böyük hesabla üstələdi

UEFA Çempionlar Liqası: "Sabah" rəqibini böyük hesabla üstələdi İdman

Matç komandamızın 4:0 hesablı darmadağını ilə başa çatır. Bununla da Masazır təmsilçisi ümumi hesabda 5:2 qələbə qazanaraq, ÇL-in pley-off mərhələsinə vəsiqə qazanır.

**21:46

Xander Severina "Sabah"ın hesabına dördüncü qolu yazdırıb.

News24.az xəbər verir ki, oyunun 89-cu dəqiqəsində "Sabah" rəqibi 4-0 hesabı ilə üstələyib.

**21:36

"Sabah" hesab fərqini 3-ə qaldırıb.

News24.az xəbər verir ki, Coy-Lens Mikelsin 79-cu dəqiqədə vurduğu qol həm "Sabah"ın, həm də oyunun üçüncü qolu olub.

**21:25

Stiv Solvet "Sabah"a ikinci qolu qazandırıb.

News24.az xəbər verir ki, futbolçu 67-ci dəqiqədə rəqib qapısının torunu silkələyə bilib.

**21:18

59-cu dəqiqədə "Sabah" hesabı açıb.

News24.az xəbər verir ki, qolun müəllifi Velko Simiç olub.

**21:02

"Sabah" "Orhus" oyununda ikinci fasilə start götürüb. 

**20:46

Qarşılaşmada ilk hissə başa çatıb. 

News24.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

**20:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

News24.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Sabah” doğma meydanda Danimarkanın “Orhus” klubunu qəbul edir.

Qarşılaşma “Bank Respublika Arena”da keçirilir.

Xatırladaq ki, komandalar arasında Danimarkada keçirilən ilk oyunda “Orhus” 2:1 hesabı ilə qalib gəlib.

Komandalar meydana aşağıdakı heyətlə çıxır:

“Sabah”: 92 Stas Pokatilov (k), 3 Stiv Solvet, 5 Rəhman Daşdəmirov, 80 Akim Zedadka, 27 Puxaç, 7 Umarali Raxmonaliyev, 13 İvan Lepinitsa, 21 Velko Simiç, 10 Aleksey İsayev, 20 Coy-Lens Mikels, 99 Orfe Mbina.

Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 4 Aden Makarti, 6 Abdulah Xaybulayev, 8 Kristian Nvaçukvu, 11 Kahim Parris, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 23 Yunes Laşab, 33 Erivaldo Almeyda, 34 Xander Severina, 88 Rodriqo Fernandeş.

“Orhus”: 21 Kristiansen, 19 Kal, 25 Rösler, 26 Andersen, 11 Links, 10 Arnstad (k), 4 Knudsen, 16 Yönsson, 29 Karstensen, 28 Boqere, 31 Bek.

Ehtiyat oyunçular: 1 Hansen, 42 Van der Raad, 7 Solbakken, 8 Yörgensen, 13 Serra, 14 Mölqaard, 20 Kristiansson, 23 Andersen, 27 Çamçe, 39 Emeri, 44 Kamara, 45 Storx.