UEFA Çempionlar Liqasının final matçının hakimləri bilindi

UEFA Çempionlar Liqasının final matçının hakimləri bilindi İdman

UEFA Çempionlar Liqasının finalının hakim təyinatları bəlli olub.

News24.az xəbər verir ki, PSJ - "Arsenal" matçı Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.

Meydanda baş hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək. Ona VAR otağından həmyerlisi Bastian Dankert köməklik göstərəcək.

Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq. (Apasport.az)