UEFA-dan "Fənərbağça"ya milyonluq cərimə
İdman
UEFA-nın maliyyə qaydalarının pozulması ilə bağlı araşdırmasından sonra "Fənərbağça"nın 7,5 milyon avro cərimələndiyi bildirilir.
News24.az-ın məlumatına görə, klub UEFA ilə 3-4 illik maliyyə nəzarəti sazişi imzalamalı olacaq. Bu isə transfer siyasətinə birbaşa təsir göstərəcək.
Saziş çərçivəsində futbolçuların maaşları, agent haqları və transfer xərcləri klubun gəlirlərinin müəyyən hissəsini keçməməlidir. Həmçinin transferlərdə əlavə məhdudiyyətlərin tətbiq oluna biləcəyi qeyd olunur.