UEFA Çempionlar Liqası: "Qalatasaray" "Sportinq"ə məğlub oldu

UEFA Çempionlar Liqası: "Qalatasaray" "Sportinq"ə məğlub oldu İdman

"Qalatasaray" – "Sportinq" qarşılaşması Türkiyə təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

***00:25

"Sportinq" növbəti dəfə top arasındakı fərqi artırmağa nail olub.

News24.az xəbər verir ki, bu dəfə qolun müəllifi Zalazar olub.

63-cü dəqiqədə rəqib qapısından keçən top "Sportinq"in hesabına 3-cü qolu yazdırıb.

***00:19

"Sportinq" 57-ci dəqiqədə Türkiyə təmsilçisini qol fərqi ilə geridə qoyub.

News24.az xəbər verir ki, Suarezin penalti zərbəsini dəqiq icra etməsi ilə "Sportinq" ikinci qolunu qazanıb.

"Sportinq" 2:1 "Qalatasaray"

***00:03

Fasilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsinə start verilib.

***23:49

Oyunda ilk 45 dəqiqə geridə qalıb.

News24.az xəbər verir ki, komandalar fasiləyə 1:1 bərabərliklə yollanıb.

***23:28

Oyunun ikinci qolu vurulub.

News24.az xəbər verir ki, 27-ci dəqiqədə Katamo "Sportinq"in hesabına ilk qolu yazdırıb.

***23:06

Türkiyə təmsilçisi hesabda irəli çıxıb.

News24.az xəbər verir ki, 6-cı dəqiqədə Qonsalo İnasio avtoqol ilə rəqib komandaya ilk qolu qazandırıb.

***23:00

“Sportinq” – “Qalatasaray” oyunu başlayıb.

News24.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Sportinq” və “Qalatasaray” komandaları üz-üzə gəlir.