"Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzdu - YENİLƏNDİ
İdman
"Neftçi" UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.
"ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Belarusun "Dinamo" (Minsk) komandasını qəbul edib.
"Palms Sports Arena"da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:2.
2-ci dəqiqədə Azərbaycan təmsilçisinin kapitanı Emin Mahmudov hesabı açıb. 8-ci dəqiqədə qonaqlardan Aleksandr Selyava avtoqol müəllifi olub.
Minsk komandasında qolları 36 və 57-ci dəqiqələrdə Karen Vardanyan, 47-ci dəqiqədə Yevgeni Malaşeviç, 77-ci dəqiqədə Gulzigit Alykulov vurublar.
Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.
21:39
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda altıncı qol vurulub.
Qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:4.
77-ci dəqiqədə Gulzigit Alykulov kobud oyuna görə penalti zərbəsi yerinə yetirib. Qapıçı Rza Cəfərov onun vuruşunu dəf etsə də, Alykulov ikinci cəhddə qapını dəqiq nişan alıb.
21:17
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda beşinci qol vurulub.
Qonaqlar hesabda önə keçiblər - 2:3.
57-ci dəqiqədə Karen Vardanyan dubl müəllifi olub.
21:08
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda dördüncü qol vurulub.
Qonaqlar hesabı bərabərləşdirib - 2:2.
47-ci dəqiqədə Yevgeni Malaşeviç fərqlənib.
21:05
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda ikinci hissə başlayıb.
Azərbaycan təmsilçisi hesabda irəlidədir - 2:1.
"Ağ-qaralar"ın kapitanı Emin Mahmudov 2-ci dəqiqədə hesabı açıb. Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub. 36-cı dəqiqədə Karen Vardanyan fərqi azaldıb.
20:49
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda ilk hissə başa çatıb.
Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 2:1.
"Ağ-qaralar"ın kapitanı Emin Mahmudov 2-ci dəqiqədə hesabı açıb. Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub. 36-cı dəqiqədə Karen Vardanyan fərqi azaldıb.
20:39
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.
Rəqib hesab arasındakı fərqi azaldıb - 2:1.
36-cı dəqiqədə Karen Vardanyan fərqlənib.
20:08
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.
Azərbaycan təmsilçisi ikinci topu rəqibin qapısından keçirib - 2:0.
Qonaqlardan Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub.
20:02
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda hesab açılıb.
Azərbaycan təmsilçisi 2-ci dəqiqədə hesabı açıb.
Komandanın kapitanı Emin Mahmudov fərqlənib.
19:59
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyunu başlayıb.
Qarşılaşma Bakıdakı "Palms Sports Arena"da keçirilir.
Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellasdır.
Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.