Millimiz Litva ilə heç-heçə etdi - Yeniləndi

Millimiz Litva ilə heç-heçə etdi - Yeniləndi İdman

Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.

News24.az Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva ilə üz-üzə gəlib.

Darius və Girenas stadionundakı qarşılaşma 1:1 hesabı ilə bitib.

Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib. 14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.

Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib. /Report.az/

17:42

UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyunu start götürüb.

News24.az xəbər verir ki, qarşılaşma Darius və Girenas stadionunda keçirilir.

D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edir.

Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.