UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
İdman
UEFA “Sabah”ın futbolçusu Eyden Makkartiyə iki oyunluq diskvalifikasiya edib.
News24.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Buna səbəb Makkartinin turnirin 4-cü turunda Norveçdə “Vikinq”ə qarşı keçirilən görüşdə rəqib oyunçuya zərbə endirərək birbaşa qırmızı vərəqə almasıdır.
Cənubi afrikalı futbolçu “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı “Barselona” və “Vilyarreal”la oyunlarda iştirak etməyəcək.
Xatırladaq ki, “Sabah” noyabrın 25-də Bakı Olimpiya Stadionunda “Barselona”nı qəbul edəcək.