Ukrayna millisində baş məşqçi dəyişikliyi

Ukrayna millisində baş məşqçi dəyişikliyi İdman

Ukrayna milli futbol komandası baş məşqçi Sergey Rebrovla əməkdaşlığa son qoyub.

News24.az-ın məlumatına görə, Ukrayna Futbol Federasiyasının yaydığı açıqlamada bildirilib ki, tərəflər arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Federasiya prezidenti Andrey Şevçenko Rebrovun fəaliyyətini dəyərləndirərək, onun gənc futbolçuların inkişafına töhfə verdiyini vurğulayıb. O, həmçinin milli komandanın gələcəyi üçün yeni qərarların qəbulunun zəruri olduğunu qeyd edib.

Qeyd edək ki, Sergey Rebrovun rəhbərliyi altında çıxış edən Ukrayna yığması FIFA 2026 Dünya Kubokuna vəsiqə qazana bilməyib.