Uğurcan Çakırın sözləri kameraya düşdü: “Ölürəm, qardaş”

Uğurcan Çakırın sözləri kameraya düşdü: “Ölürəm, qardaş” İdman

"Qalatasaray"ın qapıçısı Uğurcan Çakır ilə "Göztəpə"nin futbolçusu İsmayıl Köybaşı arasında baş verən söhbət kameralara düşüb.

News24.az xəbər verir ki, matçdan sonra oyunçular bir-birini təbrik edərkən Çakır Köybaşının yanına yaxınlaşıb və onunla qısa söhbət edib.

Bu zaman qapıçının “Allaha and olsun, xəstəlikdən ölürəm, qardaş” deməsi yayım zamanı qeydə düşüb və sosial şəbəkələrdə geniş müzakirə olunub.

Qeyd edək ki, Uğurcan Çakır oyunda uğurlu çıxışı ilə komandasının qələbəsində mühüm rol oynamışdı.