Valdas Dambrauskas : "Bu gün dünyanın ən xoşbəxt baş məşqçisiyəm "
İdman
"Bu gün dünyanın ən xoşbəxt baş məşqçisiyəm "
News24.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" lə cavab qarşılaşmasından sonra mətbuat konfransında deyib.
"Çox möhtəşəm gecədir, gözəl atmosferdir. Azarkeşlərə təşəkkür edirəm. Oyunçular möhtəşəm oynadılar. "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır. Dünyanın ən yaxşı turnirinin əsas mərhələsinə vəsiqə qazanmışıq . Bu gün dünyanın ən xoşbəxt baş məşqçisiyəm.
"Stadiona gələn azarkeşlər bu gecəni unutmayacaqlar. Mən bu günü qeyd edəcəyəm. Heç vaxt alkoqol qəbul etməmişəm. Amma sizi əmin edirəm ki, bu gün bunu edəcəyəm".
Qeyd edək ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.