Venesuela ABŞ-ni məğlub edib çempion oldu

Venesuela ABŞ-ni məğlub edib çempion oldu İdman

Venesuela beysbol üzrə dünya çempionatının finalında ABŞ-ni 3:2 hesabı ilə məğlub edərək çempion olub.

News24.az xəbər verir ki, oyun Mayami şəhərində keçirilib. Venesuela əvvəlcə 2:0 hesabı ilə önə keçib. ABŞ isə oyunun sonlarına yaxın hesabı bərabərləşdirib.

Lakin son hissədə Venesuela yenidən qol vuraraq qələbə qazanıb və tarixində ilk dəfə çempion olub.

ABŞ prezidenti Donald Tramp isə oyundan sonra sosial şəbəkədə paylaşım edərək diqqət çəkən açıqlama verib.