Vinisius Junior "Real Madrid"ə gəlir
İdman
"Real Madrid" braziliyalı hücumçu Vinisius Juniorla yeni müqavilə imzalamağa yaxındır.
News24.az xəbər verir ki, jurnalist Fabrizio Romanonun məlumatına görə, Madrid təmsilçisi avqustun 5-də futbolçunun nümayəndələri ilə həlledici danışıqlar aparıb və tərəflər demək olar ki, bütün məsələlərdə razılığa gəlib.
Bildirilir ki, Vinisius klubla uzunmüddətli yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, daha əvvəl tərəflər arasında maaş məsələsində fikir ayrılığı yaranmışdı. Həmçinin İngiltərənin "Arsenal" klubunun futbolçunun transferində maraqlı olduğu iddia edilirdi.
Vinisius Junior 2018-ci ildən "Real Madrid"in formasını geyinir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.