Vinisiusu yadplanetlilər oğurlayıb - İddia
İdman
"Real Madrid"in ulduzu Vinisius Junior haqqında sensasion iddialar səslənir.
News24.az xəbər verir ki, futbolçu son dünya çempionatından sonra "yoxa çıxıb" və onun yerinə reklam müqavilələri ilə karyerasını davam etdirmək üçün dublyoru gətirilib.
Sosial media müzakirələrinə Vinisiusun Avstraliya ilə oyundakı görüntüləri və bud nahiyəsindəki döymələrin "yoxa çıxması" iddiası səbəb olub. Hətta CIA və yadplanetlilərlə bağlı absurd nəzəriyyələr də irəli sürülüb.
"Real Madrid" və futbolçunun yaxın çevrəsi isə bu iddiaları əsassız "feyk nyus" (saxta məlumat) adlandıraraq cavab verməyə ehtiyac görməyib. Vinisius hazırda milli komandada çıxışını davam etdirir./Yeni Sabah/